Azərbaycanla “effektiv” əlaqə quran Vitali Balasanyan idi?

Azərbaycanla “effektiv” əlaqə quran Vitali Balasanyan idi? 

Qondarma qurumun “Təhlükəsizlik Şurasının katibi” Vitali Balasanyanın istefası barədə xəbərlər yayılıb.

 

INFONEWS xəbər verir ki, bu barədə “Past.am” nəşri yazıb.

Nəşr qeyd edir ki, onun istefasının səbəbi ilk növbədə, bu yaxınlarda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun eyham vurduğu “təmaslarla” bağlıdır.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin sonunda keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycan tərəfinin Ruben Vardanyanla təmasları heç vaxt olmayacaq. O qeyd edib ki, Azərbaycanın Qarabağdakı etnik ermənilərlə təmasları olub: “Bu təmaslarla bağlı adlar çəkilərsə, o şəxslərə qarşı təzyiq arta bilər. Belə bir təmaslar var idi, bu sirr deyil. Gələcəkdə də yerli əhali ilə təmaslar olacaq, biz bunu normal hesab edirik”.

“Past” nəşri bundan əvvəl yazır ki, Azərbaycan tərəfi uzun müddət Qarabağda olan bəzi ermənilərlə kifayət qədər səmərəli əlaqələrə malik olub və indi bu əlaqə aşkar edildikdən sonra, xüsusən də Vardanyan Qarabağa gələndə sonra dayandırılıb.

“Mənbəmiz bildirir ki, “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan Azərbaycan hakimiyyəti ilə “effektiv” əlaqə saxlayan şəxs olub. Maraqlıdır ki, Ceyhun Bayramov adını açıqlamır, çünki bu əlaqələr, hər şeyə görə, erməni tərəfinin maraqlarına uyğun deyil”, – deyə nəşr qeyd edib.

Nəşrin məlumatına görə, Azərbaycanla təmaslar qurmaq Ruben Vardanyan üçün “qırmızı xətt”dir. Balasanyan bu məsələdə onunla dərin fikir ayrılığında olduğu üçün istefa ərizəsi verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir