Bakı şəhəri ilə yanaşı bölgələrdə də koronavirus infeksiyasına qarşı peyvəndlənmə prosesi davam etdirilir. Artıq Göyçay rayonunda da vaksinasiyaya start verilib.
Göyçay rayon Mərkəzi Xəstəxanasından İNFONEWS-a verilən məlumata görə, yanvarın 21-dən peyvəndlənmə prosesi aparılır:
“2 gün ərzində artıq 367 nəfər səhiyyə işçisi peyvəndlənib. Ümumilikdə 1070 nəfər səhiyyə tibb işçisi var. Onlardan bəziləri COVID -19 virusuna yoluxduğu üçün həmin şəxslərə peyvənd vurulmayacaq. Qalan şəxslərin hamısı könüllü peyvənd olunmaq üçün müraciət edib. Hazırda proses davam etdirilir”.