Ermənistan deputatları jurnalistin Paşinyanın Şuşa haqqında dedikləri barədə sualına cavab verməyərək otağı tərk ediblər. Bu gün Azərbaycan və Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında qarşılıqlı Anlaşma Memorandumu imzalanıb. Daxili İşlər Nazirliyi son günlər qurumun adından “icazəsiz istifadə edənlərin” çoxaldığını bildirib – bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
Ermənistan parlamentinin deputatları jurnalistin Paşinyanın Şuşa haqqında dedikləri barədə sualına cavab verməyərək otağı tərk ediblər.
Ermənistan məbuatı yazır ki, cümə axşamı günü hakim “Mənim addımım” fraksiyasının deputatları Gevorq Papoyan, Nazeli Bağdasaryan və Suren Qriqoryan jurnalistin “Şuşanın kimə məxsus olması” ilə bağlı sualına cavab verməkdən imtina edərək brifinqi tərk ediblər.
- Şəhid İsmayıl İrapovun anası: “Elə bil ürəyimi çıxarıblar, yoxdu elə bil ürəyim”
- “Çoxları müharibənin əyləncə olduğunu düşünürdü” – Jirayr Libaridyan, Ermənistanın məğlubiyyəti və Qarabağın gələcəyi barədə
- “Azərbaycan bizim öz Elçibəyimiz olmasından istifadə etdi” – Vazgen Manukyan Paşinyan barədə deyib
Bu günlərdə Ermənistan hökumətinin parlamentdə keçirilən iclasında Baş nazir Nikol Paşinyan “Firavan Ermənistan” fraksiyasının üzvü Naira Zohrabyanın sualına cavab olaraq deyib ki, “bütün danışıqlar prosesində elə bir variant olmayıb ki, azərbaycanlı qaçqınlar Şuşaya qayıtmasınlar”.