Rusiyanın “Arsenal” (Tula) komandasının baş məşqçisi Oleq Kononov istefaya göndərilib.
“İNFONEWS“un klubun rəsmi saytına istinadən məlumatına görə, belaruslu mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Kononov 2022-ci ilin iyunundan Tula təmsilçisinə başçılıq edirdi.
Hazırda komanda 32 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.