Britaniya şirkəti Qarabağda yataqların kəşfiyyat işlərini aparacaq

Böyük Britaniyanın “Anglo Asian Mining” şirkəti Qarabağda üç müqavilə sahəsində kəşfiyyat işlərini aparacaq.

“İNFONEWS”  məlumat verir ki, şirkət Azərbaycan hökumətinin icazəsi alındıqdan sonra Söyüdlü, Qızılbulaq və Vecnəli sahələrinin potensialını qiymətləndirəcək:

“Erməni işğalı müddətində hər üç müqavilə sahəsində faydalı qazıntıların qanunsuz hasilatı aparılırdı”.

Şirkətdən bildiriblər ki, həm mövcud mədənlərin yaxınlığında, həm də müqavilə sahələrindəki geoloji istiqamətlərdə mühüm geoloji-kəşfiyyat potensialı mövcuddur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir