Türkiyə koronavirusun mutasiyası ilə əlaqədar daha bir ölkə ilə uçuşları dayandırıb.
“İNFONEWS” “Hürriyet”ə istinadən xəbər verir ki, bu barədə səhiyyə naziri Fəxrəddin Qoca bildirib. Onun sözlərinə görə, mutasiyaya uğramış virusun yayılması səbəbindən Braziliya ilə uçuşlar müvəqqəti dayandırılıb.
Qeyd edək ki, Türkiyə bundan əvvəl koronavirusun yeni ştammı səbəbindən Böyük Britaniya, Danimarka və Cənubi Afrika Respublikası ilə uçuşları dayandırmışdı.