Ermənistan hakimiyyəti müxalif deputatları mandatdan məhrum edəcək

Ermənistan hakimiyyəti müxalif deputatları mandatdan məhrum edəcək

Ermənistan hakimiyyəti 22 müxalifətçi deputatı mandatdan məhrum etməyi planlaşdırır.

Bu barədə İNFONEWS Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, parlament Şurası bu məqsədlə Konstitusiya Məhkəməsinə müraciət etmək niyyətindədir.

Şuranın çərşənbə günü keçirilən iclasında müzakirə olunan məsələlərdən biri də “Hayastan” blokunun deputatlarının mandatlarından məhrum edilməsi olub.

Şuranın qərar layihəsində Konstitusiya Məhkəməsinə müraciət üçün son tarix yanvarın 13-üdür.

Parlament sədrinin mətbuat katibi Sovinar Xaçatryan bildirib ki, deputatlar iclaslara gəlməmə həddini keçiblər.

“Hər bir deputat üçün ayrıca – mandatdan məhrumetmə ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edilib-edilməməsi üzrə səsvermə keçirilir “, – Xaçatryan deyib.

Xatırladaq ki, 2022-ci ilin aprelindən parlamentin müxalif “Şərəf duyuram” və “Ermənistan” fraksiyaları Milli Məclisin iclaslarını boykot edib. Onlar uzun müddət baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçiriblər. Oktyabrın 25-də uzun fasilədən sonra “Ermənistan” blokunun bəzi deputatları parlamentin iclasında iştirak ediblər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir