İtaliya polisi “Koza Nostra” (Cosa Nostra) mafiya şəbəkəsinə daxil olan 10 nəfəri həbs edib.
“İNFONEWS” ANSA agentliyinə istinadən xəbər verir ki, “Kondor” əməliyyatı çərçivəsində həbs edilən Siciliya mafiyasının üzvləri narkotik vasitələrin qanunsuz dövriyyəsi və talanda şübhəli bilinir.
Əməliyyatda 100-dən çox polis əməkdaşı iştirak edib.
Hüquq-mühafizə orqanları yerli üzüm istehsalçılarının mafiyasının şantajı nəticəsində ərazidə onun qiymətinin 3 dəfə artdığını qeyd ediblər.
Polisin səyləri “Cosa Nostra” mafioz qrupunun başçısı, 30 ildir gizlənən “Diabolik” ləqəbli 60 yaşlı Matteo Messina Denaronun axtarışına yönəlib.