Ucarda toy şənliyində qonşusunu bıçaqlayan şəxsin məhkəməsi başlayır
Ucarda toy şənliyində qonşusunu bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən Maarif Xəlilovun məhkəməsi başlayır.
INFONEWS xəbər verir ki, iş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib və cinayət işi hakim Bilal Məmmədovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələ ki, məlum deyil.
Qeyd edək ki, hadisə ötən ilin sentyabrında Ucar rayonu Küçəkənd kəndində baş verib.
Belə ki, kənddə keçirilən toy şənliyində yeyib-içən iki qonşunun mübahisəsi qanla nəticələnib.
Kənd sakini, 1971-ci il təvəllüdlü M.Xəlilov mübahisə etdiyi qonşusu, 1962-ci il təvəllüdlü Muxdər Rəsulovun evinə gələrək ona bıçaqla xəsarət yetirib.
M.Xəlilova qarşı cinayət işi başlanıb.