Rusiya XİN Ermənistan hakimiyyətini ittiham edib: “Mövqelərini qiymətləndirmək çətindir”

Rusiya XİN Ermənistan hakimiyyətini ittiham edib: “Mövqelərini qiymətləndirmək çətindir”

“Rusiyanın Ermənistan-Azərbaycan sülh müqaviləsi danışıqları üçün platforma təqdim etmək təklifi qüvvədə qalır”.

INFONEWS xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O bildirib ki, Ermənistan tərəfinin mövqeyini qiymətləndirmək çətindir: “Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin sülh müqaviləsi üzrə görüşü 2022-ci il dekabrın 23-də Moskvada keçirilməli idi. İki ölkənin liderləri buna razılıq vermişdilər. Bunun üçün hər şey hazırlanmışdı. Amma Ermənistanın xarici işlər naziri Aararat Mirzoyanın səfərini son anda ləğv edən Ermənistan rəhbərliyi olub. Bu, təkcə sülh müqaviləsinin deyil, həm də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı digər aktual məsələlərin, o cümlədən Laçın dəhlizi ətrafında vəziyyətin müzakirəsinə mane oldu”.

M.Zaxarova qeyd edib ki, Rusiya sülh müqaviləsi üçün platforma təqdim etməyə hazırdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir