BMT təşkilatı Vardanyanın Qarabağda ermənilərin hüquqlarını pozması ilə bağlı məlumat topladığını açıqlayıb

BMT təşkilatı Vardanyanın Qarabağda ermənilərin hüquqlarını pozması ilə bağlı məlumat topladığını açıqlayıb
BMT-nin Parisdə yerləşən “CAP Freedom of Conscience” QHT Qarabağda yaşayan ermənilərin hüquqları ilə bağlı maarifləndirmə kampaniyasına başlayıb.

 

İNFONEWS-un QHT-nin bəyanatına istinadən verdiyi məlumata görə, kampaniyanın başlanğıcına 2022-ci il dekabrın 20-də Xankəndi şəhər sakini Yuri Musayelyanla baş vermiş hadisə səbəb olub. Həmin gün Yuri Musayelyan öz mənzilində şiddətli döyülüb.

Təşkilatın bəyanatında deyilir ki, Y.Musayelyan öz Facebook səhifəsində yeganə “günahı” “Qarabağ administrasiyası” rəhbərliyinə qarşı dinc etiraz elan etməsi, xüsusən də “Qarabağın dövlət naziri” vəzifəsinə yeni təyin olunmuş şübhəli maliyyə fırıldaqları ilə varlanan rus-erməni milyarderi Ruben Vardanyanın seçdiyi qarşıdurma kursunu şübhə altına alması olduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir