Mərkəzi Bank sığorta şirkətlərinə icbari avtosığorta ilə bağlı 10 gün müddət verdi

Mərkəzi Bank sığorta şirkətlərinə icbari avtosığorta ilə bağlı 10 gün müddət verdi

Azərbaycan Mərkəzi Bankının (AMB) avtomobillərin icbari sığortasını həyata keçirən sığorta şirkətləri qarşısında yeni tələb qoyub.
INFONEWS  xəbər verir ki, Mərkəzi Bankın sədri Taleh Kazımovun qərarı ilə 4 fevral 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İcbari sığorta növlərinin aparılmasına icazə verilməsi üçün Əlavə Tələblər”də dəyişikliklər edilib.
Dəyişikliyə əsasən, sığorta şirkətləri icbari avtosığortanın həyata keçirilməsinə icazə verilməsi üçün sığortalılarla müvafiq icbari sığorta müqaviləsinin öz rəsmi internet səhifəsi vasitəsilə bağlanması imkanına malik olmalıdır.
Yəni, bununla bağlı texniki tələbləri yerinə yetirməlidir. Qərara əsasən, tələblərin yerinə yetirilməsi üçün sığorta şirkətlərinə 10 gün müddət verilib.
Qeyd edək ki, indiyə qədər sığorta şirkətlərinin rəsmi səhifələrindən avtomobillərin icbari sığorta müqaviləsini əldə etməklə bağlı çətinliklər hökm sürürdü. Əksər hallarda sığorta şirkətləri rəsmi səhifələri vasitəsilə onlayn qaydada avtomobillərin icbari sığortasından yayınırdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir