Efiopiya polisi və təhlükəsizlik qüvvələri ölkənin cənubundakı Bule-Hora şəhərində həbsxanadan kütləvi şəkildə qaçan üsyançı qrupların üzvləri də daxil olmaqla 480-ə yaxın məhbusu axtarır.
“İNFONEWS” xəbər verir ki, bu barədə “BBC” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Yanvarın 8-də silahlı qrup həbsxanaya hücum edərək 5 mühafizəçini öldürüb. Nəticədə həbsxanada saxlanılan bütün məhbuslar qaçıblar.
Onlardan neçəsinin tutularaq saxlanma yerinə qaytarıldığı barədə məlumat yoxdur.