Azərbaycan millisinin 2024-cü il Avropa çempionatının seçmə mərhələsindəki rəqiblərindən olan İsveç millisi yoldaşlıq oyunu keçirib.
“İNFONEWS”un məlumatına görə, Skandinaviya təmsilçisi Portuqaliyadakı təlim-məşq toplanışında İslandiyanı sınağa çəkib. Görüş İsveçin əzmkar qələbəsi ilə yekunlaşıb – 2:1.
Hesabı 30-cu dəqiqədə İslandiya yığmasından Sveydn Qudyonsen açıb. İsveçlilər 85-ci dəqiqədə Elias Anderssonun qolu ilə tarazlığı bərpa ediblər. Son nöqtəni isə əsas vaxta əlavə olunmuş 4-cü dəqiqədə Yakob Ondreyka qoyub.
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə F qrupunda İsveçlə yanaşı, Belçika, Avstriya və Estoniya ilə də mübarizə aparacaq.