Narkotik vasitələrin satışı ilə məşğul olan 2 nəfər saxlanılıb
Baş Narkotiklə Mübarizə İdarəsindən İNFONEWS-a verilən məlumata görə Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli vasitələr və həb aşkar edilərək götürülüb.
Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının məcburi köçkünlər üçün salınmış 3 saylı qəsəbə ərazisində keçirdiyi əməliyyat tədbirləri ilə Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Namiq Babazadə və Əfqan Mahmudzadənin idarəsində olan avtomobil saxlanılıb. Avtomobildə aparılan axtarış zamanı 2 kiloqramdan artıq marixuana, 1 kiloqramdan artıq heroin və 300 metadon həbi aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Fotolar müəllifə məxsusdur