“İNFONEWS” xəbər verir ki, tədbirin təşkilatçısı Fariz Vəliyev bildirib ki, qarşımızda duran əsas məqsədimiz gənclərimizin vətənpərvər ruhda yetişməsi, mənəvi dəyərlərimizin təbliği və təşkilində yaxından iştirak etmələri, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizkar zəmində fəaliyyət göstərmələridir”. Layihə rəhbərləri Azərbaycan Gənclik Platforması Ekspertlər Şurasının Üzvü Şirinzadə Lalə, Akbarly Group-un Rəhbəri və Azərbaycan Gənclik Platformasının Fəxri Üzvü Fidan Qarayevadır.
Vətən Müharibəsi dönəmində TV100-ün Cəbhə bölgəsinə ezam olmuş xüsusi müxbiri Ali Burak Ersemiz, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 24/7 Kitabxanasının müdiri Arzu Məmmədova tədbirin fəxri qonaqları olacaq, həmçinin QHT nümayəndələri, media nümayəndələri, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri iştirak edəcəklər.