“Azərbaycan haqqı olan bütün məsələlərin həllinə nail olacaq”

“Azərbaycan haqqı olan bütün məsələlərin həllinə nail olacaq”

Laçın-Xankəndi yolundakı aksiyanın ilk iştirakçılarından olmağımla qürur duyuram.
Və bu, bir başqa hissdir.

İNFONEWS” xəbər verir ki, bunu Qədir Aslan
“Azərbaycan – İsrail mədəni əlaqələrinin inkişafına dəstək” İctimai Birliyinin sədri Qədir Aslan söyləyib.
Qədir Aslan: “Elə əvvəl günlərdən Ekologiya nazirliyinin nümayəndələri, aktivistlər, QHT vətəndaş cəmiyyətinin nümayəndələri ilə birlikdə həmin yola daxil olduq. Rus əsgərləri, əvvəlcə, çox aqressiv münasibət göstərdilər. Hətta əsgərlərdən biri PK silahını iştirakçılara tuşladı. Odlu silahla üzbəüz, əliyalın olmağımıza baxmayaraq, hamımız, xüsusilə də bizim mərd xanım iştirakçılar yalnız irəli getmək əzmində idik. Vətənimizin talanmasına qarşı şüarları səsləndirməyə başladıq. Dərhal rus kontingenti hər iki tərəfdən, həm Laçın, həm də Xankəndi istiqamətində yolu şlaqbaumlar vasitəsilə bağladılar, barrikadalar qurdular və hətta tırtıllı texnika ilə yolu kəsdilər. Bu səbəbdən, lap ilk saatlardan erməni mediasında sürətlə yayılan və bizim yolu bağlamağımız haqda yalançı bəyanatlar hər kəsin təəccübünə səbəb oldu. Açıq -aşkar canlı efirdən də görmək mümkün idi ki, yolu rus hərbçiləri bağlayıb, mülki erməni avtomaşınlarının keçməsinə icazə vermədilər. Mən, şəxsən özüm beynəlxalq media üçün rusca bu haqda və hadisənin tarixi kökləri haqda arayış qismində hadisə yerindən material hazırlayıb təqdim etdim. Bundan başqa,Telman müəllim bir neçə dildə- ermənicə, rusca , türkcə yorulmadan açıqlamalar verdi, bəyanatlar yaydı.”

“Məsələnin dövlətçilik tərəfinə gəldikdə isə, məlumdur ki, Azərbaycan Respublikasının Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin başçılığı ilə ölkəmizin Qalib Ordusu iki il əvvəl erməni silahlı birləşmələrini darmadağın edərək, sarsıdıcı “Dəmir Yumruq” endirərək, Qarabağımızı işğaldan azad edib. Xankəndinin şəhəri və ətraf ərazilərdə isə bizim erməniəsilli vətəndaşlarımızın olması faktını nəzərə alaraq, Azərbaycan tərəfi prosesin qalan hissəsini savaş müstəvisindən humanitar müstəviyə keçirmək qərarına gəldi. Bu səbəbdən, erməni vətəndaşlarımızın Qarabağın həmin ərazisində son otuz ildə meydan sulayan terrorçulardan, uşaq qatillərindən azad edilməsi, həmçinin, o ərazilərdə ölkənin suverenliyinin tam şəkildə bərqərar edilməsi məqsədilə bu aksiya başlandı və bir aydan çoxdur qar, şaxta, soyuq bilmədən davam edir. Fikrimcə, Azərbaycan dövləti bu aksiyanın həyata keçirilməsilə bir sıra mühüm məsələlərin həllinə artıq nail oldu Ən başlıcası isə, Laçın yolunun terrorçuların silahlanması və qaçaqmalçılıq məqsədləri ilə istifadə olunmasının birdəfəlik qarşısı alındı. İkinci ən mühüm məsələ isə odur ki, artıq ordakı mülki əhalinin ictimai şüurunda köklü dəyişikliklər baş verdi, İrəvana və yaxud Moskvaya, Parisə deyil, rəsmi Bakıya yönəlmə prosesi başladı. Bu baxımdan, aksiyanın reinteqrasiya prosesinin sürətləndirilməsi yönündə də əhəmiyyəti böyükdür.
Nəticə etibarilə, humanitar və asimmetrik həmlələr vasitəsilə Azərbaycan dövləti özünün haqqı olan bütün məsələlərin həllinə nail olacaq” – deyə, Q.Aslan əlavə edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir