Aksiyanın 34-cü günü: Xankəndi-Laçın yolundan sülhməramlıların 13 avtomobili keçib
Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha bir təminat və təchizat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
İNFONEWS “Report”un aksiya keçirilən ərazidəki əməkdaşına istinadən xəbər verir ki, nəqliyyat vasitəsinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, həmin yük maşını Laçından Xankəndi istiqamətinə keçid edib.
Bu bir daha onu sübut edir ki, yol, aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Qeyd edək ki, gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətə Rusiya sülhməramlılarına məxsus ümumilikdə 13 avtomobil maneəsiz hərəkət edib.
Rəvanə Dadaşova