Daxili İşlər Nazirliyindən növbəti əməliyyat-VİDEO

Daxili İşlər Nazirliyindən növbəti əməliyyat-VİDEO

İNFONEWS  xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla mübarizə İdarəsinin əməkdaşları, üzərində qanunsuz olaraq odlu silah sursat saxlayan eləcə də narkotiklərin satışı ilə maşğul olan şəxslərə qarşı silsilə əməliyyatlar həyata keçirilib.

Nəticədə qanunsuz dövriyyədən kənar narkotik vasitələr, 1 ədəd Makarov tipli tapanca, 1 ədəd Kalaşnikov avtomat, 2 ədəd ov tüfəngi, 32 ədəd patron və 2 ədəd patron darağı aşkar edilib.
Keçirilən tədbirlər  zamanı Abdulla Yolbarsov və Elvin Mustafayev üzərlərində odlu silah daşıdıqları üçün, İsmayıl Əliyev isə narkotik vasitələrinin satışı ilə məşğul olmaqda şübhəli bilindiyi üçün saxlanılıb. Abdulla Yolbarsov və Elvin Mustafayevdən 1 ədəd Makarov tipli tapanca, həmin silaha məxsus daraq, 7 ədəd patron, 1 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkar edilərək götürülüb.
İsmayıl Əliyevdən isə 6 ədə bağlamada qablaşdırılan, ümumilikdə 13 kilogram narkotik vasitə herion aşkar edilib.
Əlavə olaraq, Baş İdarə əməkdaşları tərəfində ayrı-ayrı şəxslərdən 1 ədəd Kalaşnikov  markalı avtomat və 1 ədəd of tüfəngi aşkarlanıb.
Qeyd olunan faktlarla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Yuxarıda adları sadalanan şəxslər barəsində həbs qəti imkan tədbirləri seçilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Fariz Faiqoğlu 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir