Bu məqalə özünü dəyərsiz, kədərli hiss edənlər üçündür Özünüz təhlükədən uzaqlaşdırı
“İNFONEWS” xəbər verir:
Klinik psixoloq Fidan İbrahimova: Depressiyanın dili
Depressiya – yuxusuzluq, yüksək halsızlıq, gərəksizlik hissi, intihara dair fikirlər, iştahanın azalması, psixomotor tormozlanma və ya həyəcan, həmçinin müxtəlif somatik simptom və şikayətlərlə müşayiət olunan, əhval-ruhiyyənin enməsi ilə səciyyələnən psixi pozuntudur. Depressiya inkişaf etmiş ölkələrdə ən ümumi ruhi xəstəliklərdən biridir. ÜST-nin və ABŞ-ın Milli psixi sağlamlıq institutunun statistikasına görə, Yer əhalisinin 4-5% – i bu patologiyadan əziyyət çəkir.
Alimlər uzun müddət depressiya ilə dil arasındakı əlaqəni dəqiqləşdirməyə çalışmışlar. Günümüzdə kompüterləşdirilmiş mətn təhlili metodları son dərəcə böyük məlumat banklarının üzərində rahat işlənmə imkanı verir. Bu, sözlərin və söz siniflərinin, leksik müxtəlifliyin, ortalama cümlə uzunluğunun, qrammatik nümunələrin və digər bir çox göstəricilərin faiz nisbətini hesablayaraq, insanların gözdən qaçıra biləcəyi linqvistik xüsusiyyətləri aşkar etməyə kömək edə bilər.
İndiyə qədər depressiv insanların şəxsi esseləri və gündəlik yazıları, Cobain və Plath kimi tanınmış sənətkarların işləri də faydalı olmuşdur. Birlikdə, bu cür araşdırmalardan əldə edilən nəticələr, depressiya əlamətləri olan və olmayan insanlar arasında onların istifadə etdiyi dildə aydın və davamlı fərqləri ortaya qoyur.
Depressiya əlamətləri olanların mənfi duyğuları ifadə edən həddindən artıq söz, xüsusən mənfi sifət və zərfləri – “tənha”, “kədərli” və ya “yazıq” kimi sözlər istifadə etdiklərini öyrənmək heç kəsi təəccübləndirməz. Daha maraqlısı əvəzliklərin istifadəsidir. Tədqiqatçılar, depressiya əlamətləri olanların “mən”, “özüm” kimi daha çox birinci şəxs əvəzliklərindən, “onlar”, “onlara” və ya “o” kimi ikinci və üçüncü şəxs əvəzliklərinə nisbətən daha çox istifadə etdikləri qənaətinə gəlmişlər. Bu əvəzlik istifadəsi, depressiyalı insanların daha çox özlərinə yönəldiklərini və başqaları ilə daha az əlaqəli olduqlarını göstərir. Tədqiqatçılar əvəzliklərin əslində depressiyanı müəyyənləşdirməkdə mənfi duyğu yüklü sözlərdən daha etibarlı olduğunu bildirmişlər.
Rəvanə Dadaşova