Türkiyə İsveçdən 130-a yaxın terrorçunun ekstradisiyasını tələb edib
Türkiyə Parlamentinin İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesini təsdiq etmək üçün Ankara Stokholmdan 130-a yaxın terrorçunun ekstradisiyasını tələb edib.
INFONEWS-un verdiyi xəbərə görə, bu barədə Muğlada gənclərlə görüşü zamanı ölkə başçısı Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sözlərinə görə, Türkiyənin bu tələbini İsveç yerinə yetirməyib.
O qeyd edib ki, İsveç küçələrində PKK tərəfdarlarının nümayişləri davam edir və Türkiyə bununla bağlı xəbərdarlıq edib:
“Amma təəssüf ki, indiyədək PKK/PYD-nin nümayişlərinin dayandırılması ilə bağlı heç bir addım atılmayıb”.