İsraildə illik inflyasiya son 20 ilin ən yüksək həddinə çatıb
2022-ci ilin sonunda İsraildə inflyasiya səviyyəsi son 20 ilin ən yüksək səviyyəsinə çatıb.
INFONEWS “Yedioth Ahronoth” qəzetinə istinadən xəbər verir ki, bu barədə İsrail Mərkəzi Statistika Bürosu məlum yayıb.
Bildirilib ki, ötən ilin sonunda – oktyabr-dekabr aylarında istehlak qiymətləri indeksi 0,3 % artıb. Statistik xülasəyə əsasən, 2022-ci ildə illik inflyasiya 5,3 % təşkil edib.
“Yedioth Ahronoth”un məlumatına görə, bu, 2002-ci ildən bəri ən yüksək göstəricidir. Həmin dövrdə illik inflyasiya 6,3 % təşkil edib və o vaxtdan indiyədək heç vaxt 3,9 %-lik həddi keçməyib.