DİN-dən saçı kəsilən gənclə bağlı daha bir açıqlama: “Foto TikTokda “jeton” toplamaq niyyəti ilə çəkilib”
Daxili İşlər Nazirliyi (DİN) gənc oğlanın saçının guya polis orqanlarında kəsilərək görüntülərinin sosial şəbəkələrdə yayılması iddiaları ilə bağlı daha bir açıqlama verib.
“İNFONEWS “un xəbərinə görə, bu mövzuda DİN-in Mətbuat Xidmətinin şöbə rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev feybukda status yazıb.
“Polis orqanına hansısa əməldə təqsirli bilinən şəxs gətirilir və əlində telefonla olan fotosunu çəkirlər? Özfəaliyyətdir. Qəbuledilməz haldır. Kimliyindən asılı olmayaraq heç bir vətəndaş qeyri-insani rəftara məruz qala bilməz. Fotoşəkil kiminsə TikTokda “jeton” toplamaq niyyəti ilə çəkilib”.
Rəvanə Dadaşova