Bibiheybət Ziyarətgahının kollektivi İkinci Fəxri Xiyabanda Şəhidləri ziyarət edib

Bibiheybət Ziyarətgahının kollektivi İkinci Fəxri Xiyabanda Şəhidləri ziyarət edib .

“İNFONEWS” xəbər verir ki, Yanvarın 19-da Bibiheybət Ziyarətgahının Axundu Hacı Rahib Babayev və Ziyarətgahın əməkdaşları Şəhidlərimizi ziyarət etmək üçün İkinci Fəxri xiyabana gediblər.

Ziyarətgahın kollektivi tərəfindən ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş, döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanı ziyarət edilib, Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və ruhlarına dualar oxunub. Daha sonra şəhidlərimizin məzarları ziyarət edilərək üzərlərinə gül dəstələri düzülüb, bütün şəhidlərimizin unudulmaz xatirəsi hörmət və ehtiramla anılıb.

Bibiheybət Ziyarətgahının kollektivi İkinci Fəxri Xiyabanda Şəhidləri ziyarət edib
Bibiheybət Ziyarətgahının kollektivi İkinci Fəxri Xiyabanda Şəhidləri ziyarət edib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir