Ermənistan Müdafiə Nazirliyinin hərbi hissəsində 15 hərbçinin ölümü ilə nəticələnən yanğın söndürülüb.
“İNFONEWS ” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətindən bildirilib.
Yanğının söndürülməsi 5 saat çəkib.
Ermənistanın İctimai Televiziyası hadisənin baş verdiyi hərbi hissənin daxil olduğu 2-ci ordu korpusunun komandiri polkovnik Vahram Qriqoryan işdən çıxarılacağı barədə məlumat yayıb.
Ermənistanın Basarkeçər rayonunun Azad kəndində N saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün kazarmasında gecə saat 01:30 radələrində yanğın başlayıb.
“İNFONEWS ” xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində ölənlər və yaralananlar var.
Hadisənin səbəbi müəyyənləşdirilir.