Almaniya və Fransa qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə iki ölkənin sərhədini birgə patrul etmək barədə razılığa gəliblər.
“İNFONEWS”un məlumatına görə, Parisdə müvafiq sazişi Almaniyanın daxili işlər naziri Nensi Fezer və onun fransalı həmkarı Jerald Darmanin imzalayıb.
Qeyd olunub ki, Almaniya-Fransa opertaiv qrupundan 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarında əsas tədbirlərin təhlükəsizilyini təmin etmək üçün və birgə sərhəd nəzarəti əməliyyatlarında istifadə edilə bilər.
Xatırladaq ki, Parisdə 1963-cü il yanvarın 22-də Yelisey sarayında imzalanmış Fransa-Almaniya dostluq müqaviləsinin 60-cı ildönümünə həsr olunmuş Fransa-Almaniya Nazirlər Şurasının və ikitərəfli müdafiə şurasının iclasları keçirilib.