N.Pelosi keşişləri evinə “cin çıxarma” mərasiminə dəvət edib

ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş sədri Nensi Pelosi ərinə sui-qəsddən sonra keşişləri San-Fransiskodakı evinə “cin çıxarma” mərasiminə dəvət edib.

İNFONEWS” xəbər verir ki, bu barədə onun qızı Aleksandra Pelosi “The New York Times” qəzetinə məlumat verib.

Onun sözlərinə görə, Şükran Günündə evdən şeytan çıxaran və dualar oxuyan kahinlər onun yanına gəlib: “Sui-qəsddən sonra anam özünü günahkar hiss edirdi”.

Nensi Pelosi özü ərinin hücuma məruz qalacağını gözləmədiyini deyib. Onun sözlərinə görə, normal həyata qayıtması üçün daha üç-dörd ay lazım olacaq.

Qeyd edək ki, hadisə 2022-ci il oktyabrın 28-də səhər saatlarında baş verib. Hücumda ittiham olunan David Depeyp Pelosinin San-Fransiskodakı evinə girərək siyasətçinin ərinə çəkiclə hücum edib. Pelosi özü həmin vaxt evdə olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir