Qərbi Azərbaycan İcması: “Qayıdış Konsepsiyası layihəsi ilə bağlı xarici ekspertlərdən də təkliflər daxil olur”

Qərbi Azərbaycan İcması: “Qayıdış Konsepsiyası layihəsi ilə bağlı xarici ekspertlərdən də təkliflər daxil olur”

“Qərbi Azərbaycan İcmasına Qayıdış Konsepsiyası layihəsi ilə bağlı təkliflər verilməsi üçün yaradılan e-mail adresə çox sayda təkliflər gəlib. Təkliflər arasında ictimaiyyət nümayəndələri, alimlər və hətta xarici ekspertlərdən də ünvanlananlar var”.

İNFONEWS” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qərbi Azərbaycan İcmasının Mətbuat xidmətinin rəhbəri Ülviyyə Zülfüqar deyib.

Onun sözlərinə görə, hazırda həmin təkliflərə baxılır və müzakirə olunur.

“Bundan əlavə Qərbi Azərbaycan İcmasında tez-tez dinləmələr keçirilir. Elm adamları, ziyalılar, İdarə Heyətinin üzvləri Qayıdış Konsepsiyasına dair dinləmələrdə də öz təkliflərini səsləndirirlər” – Ü. Zülfüqar vurğulayıb.

Rəvanə Dadaşova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir