Əlcəzairdə helikopter qəzası olub, ölənlər var

Əlcəzairin şimalında orduya məxsus “Mi-171” helikopterinin qəzaya uğraması nəticəsində biri polkovnik olmaqla üç hərbçi həlak olub.

“İNFONEWSxəbər verir ki, bu barədə “Algeria Press Service” məlumat yayıb.

Bildirilib ki, insident Ayn-Defla əyalətinin El Attaf rayonunda baş verib.

Milli Müdafiə Nazirliyi qeyd edib ki, helikopter planlı təlim uçuşu həyata keçirib. Hadisənin səbəb və şəraitinin müəyyən edilməsi üçün araşdırmalara başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir