Pakistanda partlayış baş verib, bir hərbçi həlak olub

Pakistanın şimal-qərbindəki Bannu rayonunda partlayış baş verib, bir hərbçi həlak olub.

“İNFONEWS” xəbər verir ki, bu barədə “Dawn” qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə rayonun cənubundakı Canı-Xel ərazisində qeydə alınıb, naməlum şəxslər kustar üsulla hazırlanmış partlayıcı ilə hücum təşkil ediblər.

Ordu hazırda terrorçuları məhv etmək üçün hadisənin baş verdiyi ərazini təmizləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir