Azərbaycanda əsgər özünü güllələyərək öldürüb
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əkrəm Asim oğlu Salahovun 24 yanvar 2023-cü il tarixində odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Qubadlı Hərbi Prokurorluğuna məlumat daxil olub.
“İNFONEWS“ – un Hərbi Prokurorluqdan əldə etdiyi məlumatına görə, Qubadlı Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb.
Hadisə ilə bağlı araşdırmalara davam edilir.
Rəvanə Dadaşova