KÜLLİ MİQDARDA NARKOTİK VASİTƏ VƏ PSİXOTROP MADDƏ AŞKAR EDİLDİ

KÜLLİ MİQDARDA NARKOTİK VASİTƏ VƏ PSİXOTROP MADDƏ AŞKAR EDİLDİ

Uğurlu əməliyyat nəticəsində gömrükçülər külli miqdarda narkotik vasitələri qanunsuz dövriyyədən çıxarıblar.

İNFONEWS“xəbər verir ki:

Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunda Naxçıvan-Bakı marşrutu üzrə hərəkət edən avtobusun sərnişininə məxsus çantaya baxış keçirilib.

Baxış zamanı çantadakı şirniyyat və yuyucu vasitələr qutusunda xalis çəkiləri 2060 qram olan psixotrop maddə – metamfetamin və 4328 qram narkotik vasitə – heroin aşkarlanıb.

Davam edən əməliyyat tədbirləri nəticəsində həmin narkotik vasitələri təhvil alan iki nəfər şəxs saxlanılıb və idarə etdikləri nəqliyyat vasitəsinə baxış keçirilib.

Bu zaman avtomobildən xalis çəkiləri 1,640 qram olan qurudulmuş marixuana və 1,82 qram tiryək, eyni zamanda, narkotik vasitələrin istifadəsi üçün nəzərdə tutulduğu ehtimal edilən 2 ədəd metal boru aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

 

Rəvanə Dadaşova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir