Bakıda hamilə qadın intihara cəhd etdi – Körpəsi öldü

Bakıda hamilə qadın intihara cəhd etdi – Körpəsi öldü

Bakıda 18 yaşlı hamilə qadın intihara cəhd edib, körpəsi tələf olub. 

INFONEWS ”un məlumatına görə, hadisə Binəqədidə, Xocasən qəsəbəsində baş verib.

Belə ki, qadın yaşadığı evdə dərman içərək özünü öldürmək istəyib. Ailə üzvləri dərhal onu xəstəxanaya çatdırıblar və qadının həyatını xilas etmək mümkün olub.

Əldə etdiyimiz məlumata görə, intihara cəhd edərkən 7 aylıq hamilə imiş. Xəstəxanada məlum olub ki, içdiyi dərmanların təsirindən uşaq ana bətnində tələf olub.

Hazırda faktla bağlı araşdırma aparılır

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir