SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir .
“Azəriqaz” İstehsalat Birliyinin Mətbuat xidmətindən “İNFONEWS”-a verilən məlumata görə, növbəti həftə (30-31.01.2023, 01.02.2023 və 03.02.2023 tarixləri) saat 11:00-dan 12:00-dək daha 4 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyası keçiriləcək. Aksiya həftənin 1-ci günü Quba rayonunda (Gənclər Parkı), 2-ci günü Siyəzən rayonunda (Mərkəzi Kitabxana), 3-cü günü Qusar rayonunda (Rəsm Qalereyası) və 5-ci günü isə Xızı rayonunda (Heydər Əliyev Mərkəzi) baş tutacaq.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.