Goranboyda küçədən körpə meyiti tapılıb.
“İNFONEWS” un məlumatına görə, hadisə rayonun Kəpənəkçi kəndində qeydə alınıb.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, dərhal polis və rayon prokurorluğunun əməkdaşları əraziyə gəliblər. Meyit müayinə olunması üçün ekspertizaya təqdim edilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma başlanıb.