ABŞ İnstitutu: “Rusiya yaxın vaxtlarda Luqansk istiqamətində yeni hücuma keçəcək”
Rusiya yaxın vaxtlarda Luqansk istiqamətində yeni hücuma keçəcək”.
“İNFONEWS” xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.
Bildirilib ki, həm Qərb, həm Ukrayna, həm də Rusiya mənbələrinin proqnozları bu fikri təsdiqləyir:
“Mənbələr bildirir ki, Rusiyanın növbəti hücumu qaçılmazdır. NATO Baş katibi Yens Stoltenberq dünən, yanvarın 30-da deyib ki, Rusiya sülh danışıqlarında maraqlı deyil. Onun fikrincə, Moskvanın bütün davranışları bunun əksini göstərir. Stoltenberq, həmçinin deyib ki, Rusiya 200.000-dən çox şəxsi heyəti səfərbər edə bilər.
Baş katib Rusiyanın İran və Çşimali Koreya kimi avtoritar dövlətlərlə tərəfdaşlıq etdiyini, onlardan silah-sursat aldığını xüsusi qeyd edib”.
Məlumatda, həmçinin bildirilib ki, Ukrayna Quru Qoşunlarının Ehtiyatçılar Şurasının rəhbəri İvan Timoçko Donbasdakı qruplaşmaların gücləndirildiyini söyləyib: “Rusiya qüvvələri daxildəki durum və təzyiqlərin artması ilə əlaqədər olaraq yeni hücuma keçməli olacaq. Stoltenberq və Timoçko bəyanatları onu deməyə əsas verir ki, Rusiya qarşıdakı aylarda növbəti hücum həyata keçirəcək”.
Qeyd edək ki, Britaniya kəşfiyyatı və ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu bundan əvvəl Rusiyanın yeni səfərbərlik dalğasına hazırlaşdığını bildirmişdi.