“İNFONEWS” xəbər verir ki, Portuqaliyanın hazırkı dövlət başçısı Marselu Rebelu di Souza ilkin nəticələrə görə ölkədə keçirilən prezident seçkilərinin birinci turunda inamlı qələbə qazanaraq növbəti müddətə prezident seçilib.
Bu barədə “Diariu di Notisiaş” qəzeti yazıb.
99.5 faiz səslərin sayılmasından sonra hazırkı dövlət başçısı 61 faiz səs toplayıb. İkinci yerdə qərarlaşan sosialist, keçmiş diplomat Ana Qomeş isə 13 faizdən az səs toplaya bilib.
Xatırladaq ki, 72 yaşlı Marselo Rebelo de Souza prezident seçkilərində aşkar favorit olub. O, ilk dəfə qatıldığı 2016-cı il seçkilərində də birinci turda qalib gəlib. Həmin vaxt o, 52 faiz səs toplamışdı.