“İNFONEWS” xəbər verir.
Yanvarın 18-dən Azərbaycanda koronavirusa qarşı vaksinasiyanın birinci mərhələsi başlayıb. Ölkəmizdə peyvəndləmə dövlət hesabına könüllü həyata keçirilir. Bu məqsədlə 4 milyon doza “Sinovac” peyvəndinin alınması nəzərdə tutulub. “Sinovac” şirkətinin istehsalı olan “CoronaVac” vaksini 91.25 faiz effektivdir. Birinci mərhələdə səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər, hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət vaksinasiya olunur.
Vaksinasiyanın başladığı vaxtdan artıq bir həftə keçib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Bakı şəhəri üzrə vaksinasiya Səhiyyə Nazirliyi tərəfindən, Abşeron, Sumqayıt daxil olmaqla bölgələrdə vaksinasiya işi isə onlar tərəfindən həyata keçirilir.
“Bölgələrədən peyvəndin yan təsirləri ilə bağlı bizə müraciət daxil olmayıb” , – deyə TƏBİB bəyan edib.
Qeyd edək ki, vaksinasiyanın ikinci mərhələsinə fevralın 1-dən başlanılacaq.