Paris küçələrində gəzən məşhur aktrisa geyimi ilə diqqət çəkib.
Məşhur aktrisa Ancelina Coli Paris küçələrində gəzərkən paparatsiyaların obyektivinə yaxalanıb.
“İNFONEWS” xəbər verir ki, bu barədə “Daily Mail” məlumat paylaşıb.
47 yaşlı aktrisa Paris küçələrində bu dəfə də incə belini vurğulayan, qızılı düyməli, eleqant paltosu, eləcə də yeridikcə altından görsənən krem rəngli zərif paltarı, sivri uclu dikdabanları ilə diqqət çəkib. Məşhur xanım baxışlarını günəş eynəyinin arxasında gizlədərək, geyimini “Lady Dior 95.22” çantası ilə tamamlamış olub. Qeyd edək ki, “Lady Dior”un 1995-ci il xüsusi buraxılış çantasının yenilənmiş modeli 2023-cü ilin yanvarında çıxıb ki, Maria Qrazia Kyuri ilk dəfə onu “Christian Dior FV ‘ 22/23” şousunda təqdim edib.
Xatırladaq ki, Ancelina Colinin Qadın şiddətinə qarşı Fondu maddi çətinliklər səbəbindən bir müddət öncə bağlanıb.