UNEC – də V Təlim Proqramlarına START VERİLİR

UNEC – də V Təlim Proqramlarına START VERİLİR

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) pedaqoji kadr potensialının gücləndirilməsi istiqamətində müəllimlər üçün 10 fevral tarixindən V Təlim proqramlarına start verir.

“İNFONEWS” – un UNEC-dən əldə etdiyi məlumatına görə, təlimlər müasir proqramların tələblərinə əsaslanaraq, yeni fənlərin tədrisinin keyfiyyətinin artırılması məqsədi daşıyır. UNEC tərəfindən təlimlərə dəvət edilən Türkiyənin reytinqli universitetlərinin tədqiqatçı-alimləri, aparıcı mütəxəssisləri ilə yanaşı yerli təlimçilərdə də yer alıb. Qeyd edək ki, bundan öncə də universitetdə UNEC müəllimləri üçün ödənişsiz əsaslarla 166 fənn üzrə 4 Təlim proqramları keçirilib.

TƏLİM PROQRAMI:

“Zaman sıralarının təhlili” fənni üzrə – təlimçi Ankara Universitetinin Prof. Dr. Atilla Gökçe –  (Təlim proqramı 30 saat olmaqla – 20 saat onlayn, 10 saat UNEC-də offlayn keçiriləcəkdir);

“Dövlətin gəlir və xərclərinin idarə edilməsi” fənni üzrə – təlimçi UNEC-in “Beynəlxalq iqtisadiyyat və biznes” kafedrasının dosenti, Xəzər Universitetinin “İqtisadiyyat və menecment” fakültəsinin dekanı İnqilab Əhmədov – (Təlim proqramı 30 saat olmaqla UNEC-də offlayn keçiriləcəkdir);

“Müəssisə üçün mobil əlavələrin işlənilməsi” fənni üzrə – təlimçi Qazi Universiteti Doç.Dr.Hüseyin Çakır – (Təlim proqramı 30 saat olmaqla – 20 saat onlayn, 10 saat offlayn UNEC-də keçiriləcəkdir);

“Polimer mühəndisliyi” fənni üzrə – təlimçi Qazi Universiteti Prof.Dr.Ulvi Şeker – (Təlim proqramı 30 saat olmaqla – 20 saat onlayn, 10 saat offlayn UNEC-də keçiriləcəkdir);

“Güc elektronika və elektrik intiqalı” fənni üzrə – təlimçi Qazi Universiteti Prof. Dr.Necmi Altın – (Təlim proqramı 30 saat olmaqla – 20 saat onlayn, 10 saat offlayn UNEC-də keçiriləcəkdir;

“Tədqiqat və layihə bacarıqları” fənni üzrə – təlimçi Qazi Universitetinin Prof.Dr. Hanifi Çinici – (Təlim proqramı 20 saat üzrə onlayn keçiriləcəkdir);

“Materialların təkrar emalı” fənni üzrə – təlimçi Yıldız Texniki Universitetinin Prof.Dr. Nilgün Kuşkonmaz – (Təlim proqramı 30 saat olmaqla – 20 saat onlayn, 10 saat offlayn UNEC-də keçiriləcəkdir);

“Sosial işin qiymətləndirilməsi” fənni üzrə – təlimçi Hacettepe Universitetinin Prof.Dr.Yasemin Özkan – (Təlim proqramı 30 saat olmaqla – 20 saat onlayn, 10 saat offlayn UNEC-də keçiriləcəkdir);

“Ekoloji biotexnologiya” fənni üzrə – təlimçi Artvin Çoruh Universitetinin Doç.Dr.Ayla Bilgin – (Təlim proqramı 30 saat olmaqla – 20 saat onlayn, 10 saat offlayn UNEC-də keçiriləcəkdir).

Maraqlananlar təşkil ediləcək digər 25 fənn üzrə təlimlər barədə ərtaflı məlumatı “[email protected]” elektron ünvanına müraciət etməklə əldə etmək olar.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir