Şəmkirdə iki nəfərə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
İNFONEWS xəbər verir ki,DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun verdiyi məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinə rayon sakini Məmməd Məmmədlinin və İntiqam Nərimanlının bıçaqla müxtəlif bədən xəsarətləri alması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşlara xəsarət yetirməkdə şübhəli bilinən rayon sakini Novruz Əmraslanov saxlanılıb.
Fakla bağlı araşdırma aparılır.