“44 Günün tarixi” mövzusunda görüş keçirilib24 yanvarda Azərbaycan Gənclik Platforması və “Akbarly Group”-un birgə təşkilatçılcığı ilə “44 Günün tarixi” mövzusunda virtual görüş keçirilib.
Azərbaycan Gənclik Platformasından “İNFONEWS”a verilən məlumata görə tədbir Azərbaycan Gənclik Platforması Ekpspertlıər Şurasının üzvü Lalə Şirinzadənin moderatorluğu ilə baş tutub. Video-görüş Türkiyə Respublikasının və ölkəmizin dövlət himnlərinin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.
Tədbirin təşkilatçısı Fariz Vəliyev bildirib ki, qarşımızda duran əsas məqsədimiz gənclərimizin vətənpərvər ruhda yetişdirilməsi, mənəvi dəyərlərimizin təbliği və təşkilində yaxından iştirak etmələri, ölkəmizin ərazi bütövlüyü uğrunda mübariz zəmində fəaliyyət göstərməsinə yönəltməkdir.. Həmçinin vətənpərvərlik mövzusu gənclərimiz üçün hər zaman gündəmdə olan və strateji əhəmiyyətli mövzudur.. Dövlətimizin və xalqımızın təhlükəsizliyi naminə xidmət göstərən oğullarımızla fəxr edirik. Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir və onları tanımaq, xatirələrini yaşatmaq hər bir Azərbaycan vətəndaşının borcudur.
Bunu Fariz Vəliyev öz çıxışında vurğulayıb.
Türkiyənin TV 100 kanalının xüsusi müxbiri və tədbiri Burak Ersemiz müharibə dövründəki reportajkarından və cəbhə bölgəsindəki əsgərlərimizin əhval-ruhiyyədən, döyüş mübarizliyindən danışıb.
Tədbirdə çıxış edən “Akbarly Group” rəhbəri Fidan Qarayeva informasiya müharibəsindəki fəaliyyətində gənclərə məlumat verib.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 24/7 Kitabxanasının müdiri Arzu Məmmədova gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və dövlət siyasətinin təbliği istiqamətində davamlı işlərin görülməsindən, altual layihələrlə bu işlərə dəstək verilməsindən danışıb. Arzu Məmmədova rəhbəri olduğu “Qarabağ tarixi sənədlərdə” (#QarabağTarixiSənədlərdə) layihəsi barədə geniş məlumat verərək, ermənilər tərəfindən Qarabağ tarixinə kölgə salan, yalançı, saxta yazılarına dürüst tarixi sənədlər, mənbələr ilə qarşı çıxmaq layihənin əsas məqsədi olduğunu qeyd edib.
Sonda isə Burak Ersemizin müharibə dövründə fəaliyyətini əks etdirən video-çarx nümayiş olunub.