“İNFONEWS” AZƏRTAC-a istinadən xəbər verir.
Keçən il Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ispandilli ölkələr İspaniya, Meksika və Ekvador olub.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, ölkəmizin İspaniya ilə ticarət dövriyyəsi 427,3 milyon ABŞ dolları, Meksika ilə 50,3 milyon dollar, Ekvadorla isə 40,5 milyon dollar təşkil edib. 2019-cu ilə nisbətən İspaniya və Meksika ilə ticarət dövriyyəsi azalıb, Ekvador ilə artıb.
Bu ölkələr, eyni zamanda, Azərbaycanın ən çox məhsul idxal etdiyi ispandilli ölkələr sırasında da ilk üçlükdədir. Ötən il İspaniyadan idxalın dəyəri 98 milyon dollar, Meksikadan 50,1 milyon dollar, Ekvadordan isə 40,5 milyon dollar təşkil edib. Meksikadan idxal əməliyyatlarının dəyəri azalıb, İspaniya və Ekvadordan artıb.Keçən il ən çox məhsul ixrac edilən ispandilli ölkələr İspaniya, Argentina və Kolumbiya olub.
İspaniyaya ixracın dəyəri 329,2 milyon dollar, Argentinaya 5,5 milyon dollar, Kolumbiyaya isə cüzi olub. İspaniyaya məhsul ixracı azalıb, Argentinaya isə artıb.