Ukrayna nazirlərinə vertolyotla uçmaq qadağan edildi
Ukrayna Daxili İşlər Nazirliyi daxili işlər naziri Denis Monastırskinin ölümü ilə nəticələnən, Kiyev vilayətində baş verən təyyarə qəzasının şərtlərinin araşdırılması başa çatana qədər nazirlərə vertolyotlardan istifadə etməyi qadağan edib.
“İNFONEWS” xəbər verir ki, bu barədə telemarafonun efirində idarənin rəhbəri vəzifəsini icra edən İqor Klimenko bildirib.
Daxili İşlər Nazirliyinin rəis əvəzi vurğulayıb ki, mütəxəssislər nazirliyin sistemindən bütün helikopterləri yoxlayır. Onun sözlərinə görə, bu təyyarələrin təhlükəsizliyi xarici ekspertlərlə birlikdə sübuta yetirilənə qədər bu proses bir-iki aya qədər uzanacaq.
Xatırladaq ki, Kiyev vilayətinin Brovarı şəhərində helikopter uşaq bağçası və yaşayış binaları yaxınlığında qəzaya uğrayıb. Təyyarə qəzası nəticəsində Ukrayna Daxili İşlər Nazirliyinin rəhbərliyi- idarənin rəisi Denis Monastırski, onun birinci müavini Yevgeni Enin və dövlət katibi Yuri Lubkoviç həlak olub. Hadisə nəticəsində ümumilikdə 18 nəfər ölüb