Moskva sakini Mavzoleydən Leninin cəsədini oğurl
“İNFONEWS” xəbər verir ki, Moskvalı mebel montajçısı Leninin cəsədini Mavzoleydən oğurlamağa cəhd edib. Hadisə fevralın 6-na keçən gecə Qırmızı Meydanda baş verib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları özünü qəribə aparan şəxsi saxlayıblar.
O, Mavzoleydən Leninin cəsədini oğurlamaq istədiyini etiraf edib.
Polis şöbəsində o, niyyətini təsdiqləsə də, niyə belə etmək istədiyini izah edə bilməyib.
Uyğun olmayan davranışla əlaqədar olaraq, kişi üçün təcili psixiatrik yardım çağırılıb.
Saxlanılan şəxsin 42 yaşlı moskvalı olduğu üzə çıxıb. Kişi mebel montajçısı işləyib, 5 il əvvəl 3 oğlunun anası olan həyat yoldaşından boşanıb. Fevralın 5-də o, Puşkinodakı məktəb yoldaşının yanına gedib və spirtli içki qəbul edib. Kişi sonrakı hadisələri xatırlaya bilməyib.