Vətəndaşlarımızın bölgəyə çatması üçün Adana, Elazığ və Diyarbəkir hava limanlarında fəaliyyətimizi fasiləsiz davam etdiririk.
“İNFONEWS” xəbər verir ki, bunu Türk Hava Yollarının mətbuat müşaviri Yahya Üstün deyib.
O, zəlzələ bölgəsinə çatmaq istəyən vətəndaşlar üçün Adana, Elazığ və Diyarbəkirə uçuş əməliyyatları fasiləsiz davam etdiyini açıqlayıb.
Yahya Üstün Hatay aeroportunun bütün uçuşlara bağlı olduğunu bildirib və Kahramanmaraş, Qaziantep, Malatya və Adıyaman hava limanlarının yalnız humanitar yardım və axtarış-xilasetmə qruplarının bölgələrə çatması üçün istifadə edildiyini vurğulayıb.