Yasamalda gənc qızı avtomobil vurub
Bakının Yasamal rayonunda 17 yaşlı piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“İNFONEWS” un məlumatına görə, 2006-cı il təvəllüdlü Həmidova Rəhimə Həmid qızını avtomobil vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı müştərək travma diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.