Binəqədi Sukanal İdarəsinin rəisi vəzifəsindən azad edilib .
“İNFONEWS”-un əldə etdiyi məlumata görə, Azərsu ASC tərəfindən aparılan çox uğurlu kadr islahatının davamı olaraq, Binəqədi rayon Sukanal İdarəsinin rəisi Elçin Bağırov vəzifəsindən azad edilib.
Məsələ ilə bağlı Azərsu ASC-in Mətbuat katibi Anar Cəbrayıllı ilə əlaqə saxlasaq da, Anar müəllim işdə olmadığını, ərazidə olduğunu bildirdi. Daha sonra isə heç bir cavab ala bilmədik.
Qeyd edək ki, Elçin Bağırovun adının rayonda çox miqdarda su itkisində hallandığı deyilirdi.
Qarşı tərəfin mövqeyi olarsa, işıqlandırmağa hər zaman hazırıq…