“İNFONEWS” “Zəfərin yazıçıları” rubrikasını təqdim edir. İlk qonağımız Vətən müharibəsinin yaşayan qəhrəmanlarından biri ehtiyyatda olan zabit (Baş Leytenant) Qazi Tarıverdiyev Abbasəli Vüqar oğludur.
– Özünüz haqqında qısa məlumat vermənizi istəyirik
_Mən Tarıverdiyev Abbasəli Vüqar oğlu 1995-ci il avqust ayının 17-də Naxçıvan MR – nın Babək rayonunda anadan olmuşam. Uşaqlığdan hərbiyə həvəsim olub. Dayım 1992 – 1993-cü illərdə Qarabağ uğrunda gedən döyüşlərdə Şəhid olub.
– Hal hazırda nə işlə məşğulsunuz və harda yaşayırsınız?
_Hal hazırda ehtiyyatdayam 2-ci qrup Qarabağ əlili olaraq. Naxçıvan MR-nın Babək rayonunun Nehrəm qəsəbəsində 3 nömrəli məktəbdə hərbi müəllim işləyirəm. Ailəliyəm 4 yaşında qızım var.
–Bizə hərbiyə atdığınız addım və yolunuz necə başlayıb onu deyərdiniz
_Mən 2011 – 2014-cü illərdə H.Əliyev adına Hərbi litseydə təhsil almışam. Daha sonra isə 2014 – 2018-ci illərdə Azərbaycan Ali Hərbi Məktəbində təhsil aldım. Hərbi Təhsilimi uğurla bitirdikdən sonra Leytenant rütbəsi alaraq “N” saylı hərbi hissəyə göndərildim.
–Bəs 44 günlük zəfərə gedən bu yolda nələr yaşamısınız?
_27 Sentyabrda “N” saylı hərbi hissənin tərkibində bölük komandiri kimi döyüşmüşəm. Bizim döyüş yolumuz da çox ağır olub. Ən çox Füzuli, Cəbrayıl, Xocavənd uğrunda gedən döyüşlərdə iştirak eləmişəm. Tabeçiliyimdə olan bölmə ilə birlikdə düşmənin xeyli canlı qüvvəsini, texnikasını və hərbi obyektlərini məhv eləmişik. Bir çox uğurlu əməliyyatlar həyata keçirtmişik.
– Necə olduki yaraldınız və yaralandıqdan sonra nələr oldu?
_Noyabrın 1-də Xocavənd rayonunun Zoğalbulaq kəndində içində özüm və döyüş yoldaşlarım olan hərbi maşın. Düşmənin artilleriya atəşinə məruz qalaraq aşdı, mən isə orda ağır yaralandım. Maşın pis vəziyyətdə ola-ola içində qaldım, döyüş yoldaşlarım sağolsunlar gəlib mənə kömək edib maşının içərisindən məni çıxartdılar. Qəlpə sağ qolumdan dirsəyimdən yaraladı məni. Başım zədələndi ayağlarım da həmçinin. Bədənimdə əzilmələr, sınıqlar oldu. Sonra məni Hadruta, ordan da Qubadlıdaki Səyyar Hospitalına çatdırdılar. Vəziyyətim heç də yaxşı olmadığı üçün məni Füzuli Diaqnostika mərkəzinə, 3 gün sonra isə Ağcəbədi rayon MX-na təxliyyə elədilər. Daha sonra isə Şəmkir Hərbi Hospitalına apardılar
– Müharibədən sonra sizi hansı medallarla təltif elədilər?
_Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyev Cənablarının imzaladığı müvafiq sərəncamlara əsasən “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişəm.
– Burdan Azərbaycan xalqına və hərbiçilərimizə əsgərlərimizə nə çatdırmaq istətirsiniz?
_Azərbaycan xalqı daim güclü əzimli mərd xalqdır. Bizim şanlı tariximiz var. Mən də sevinirəm ki, bu şanlı tarixin yazılmasında iştirak eləmişəm. Torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə Şəhid olan qardaşlarımıza Allah rəhmət eləsin, ailələrinə səbr diləyirəm. Qazilərimizə Allah can sağlığı versin. Vətənin keşiyində duran hərbiçilərimiz əsgərlərimizədə qüvvət güc versin inşallah. Onlar da hal-hazırda bizim aldığımız torpaqlarımızı qürurla mərd şəkildə qoruyurlar. Hər zaman vətən keşiyində mərd dayan Azərbaycan əsgəri.
Ulu öndər Heydər Əliyevin dediyi kimi; “Mən həmişə fəxr eləmişəm bu gündə fəxr edirəmki, mən Azərbaycanlıyam”
Tərtib elədi: Mustafayev Telman