Xırdalanda partlayış olub, dağıntılar altından iki nəfər çıxarılıb

Abşeron rayonunun Xırdalan şəhərində evdə partlayış baş verib. Hadisə Xırdalan şəhəri 27-ci məhəllədə qeydə alınıb.

“İNFONEWS” xəbər verir ki, partlayışdan sonra evdə yanğın başlayıb. Partlayışın gücündən yaxınlıqdakı çoxmərtəbəli binaların şüşələri sınıb.

Hadisə yerinə FHN əməkdaşları cəlb edilib.

İki nəfər dağıntılar altından çıxarılıb. Onlardan biri qadın, digəri isə uşaqdır. Dağıntılar altında digər şəxslərin də qaldığı ehtimal edilir.

Axtarış-xilasetmə işləri davam edir. Hadisənin səbəbləri barədə dəqiqləşdirmə aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir